Dünya

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

24 Mar 2026, 22:48 2 baxış
BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub
BƏƏ Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bəhreyndə İran hücumlarının dəf edilməsi zamanı həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə Bəhreyn Müdafiə Nazirliyinin mətbuat xidməti "X" platformasında məlumat yayıb. Bildirilib ki, hadisə iki dövlətin birgə əməliyyatı zamanı baş verib. Əbu-Dabi şəhər administrasiyasının mətbuat xidməti isə martın 24-də açıqlama verərək bildirib ki, BƏƏ-nin hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən zərərsizləşdirilən ballistik raketin qəlpələrinin düşməsi nəticəsində bir Pakistan vətəndaşı həlak olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər