Dünya

"QatarEnergy" fors-major elan etdi

24 Mar 2026, 19:36 2 baxış
"QatarEnergy" fors-major elan etdi
"QatarEnergy" şirkəti İtaliya, Belçika, Cənubi Koreya və Çinə mayeləşdirilmiş təbii qazın tədarükü üzrə bəzi uzunmüddətli müqavilələrində fors-major elan edib. Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Daha əvvəl bu cür planlar barədə "QatarEnergy"nin baş direktoru və energetika məsələləri üzrə nazir Səəd bin Şəridə əl-Kaabi xəbərdarlıq etmişdi. Əl-Kaabi bildirmişdi ki, İranın zərbələri səbəbindən Qətər ölkənin mayeləşdirilmiş təbii qazı üzrə ixrac güclərinin 17%-ni itirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər