Dünya

Livan İran səfirini arzuolunmaz şəxs elan etdi

24 Mar 2026, 16:24 2 baxış
Livan İran səfirini arzuolunmaz şəxs elan etdi
Livan Xarici İşlər Nazirliyi (XİN) İran səfiri Məhəmməd Rza Şeybanini arzuolunmaz şəxs elan edib. Oxu.Az xəbər verir ki, bu barədə Livan XİN-in yaydığı bəyanatda bildirilib. "Livan dövləti İran səfiri Məhəmməd Rza Şeybaninin namizədliyini təsdiqləməyi geri götürür və onu arzuolunmaz şəxs elan edir", - deyə bəyanatda qeyd olunub. Məlumata görə, iranlı diplomat Beyrutdan martın 29-dan gec olmayaraq ayrılmalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər