Dünya
Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO
Ermənistan parlamentinin sədri Alen Simonyan "Qarabağ" əvəzinə "Artsax" sözünü işlədən jurnalistə sərt cavab verib . Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.
"Niyə "Artsax" deyirsiniz? Bəs kimsə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları verəndə niyə əsəbiləşirsiniz?" - deyə spiker media nümayəndələrinə iradını bildirib. Simonyandan bir vaxtlar özünün "Artsax" dediyini soruşduqda, spiker belə cavab verib: "Yanılmışam. O halda, xahiş edirəm, hansısa ölkədə kimsə Yerevanı İrəvan, Sevanı isə başqa cür adlandıranda narahat olmayın". Jurnalistlərin Sevanın Ermənistan ərazisi olması ilə bağlı şərhlərinə parlamentin spikeri belə cavab verib: "Qarabağ da Azərbaycana məxsusdur".

Mənbə
oxu.az