Dünya

İran ABŞ ilə danışıqlara gedir? - Rəsmi Tehran bəyan etdi

24 Mar 2026, 16:54 2 baxış
İran ABŞ ilə danışıqlara gedir? - Rəsmi Tehran bəyan etdi
"Nə İran hökuməti, nə də İran silahlı qüvvələri ABŞ-yə atəşkəslə bağlı heç bir təklif verməyib". Oxu.Az xəbər verir ki, bunu İran Milli Məclisinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Yaqub Rzazadə ISNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib. Qeyd edib ki, diplomatik qurumlar, hökumət və ya silahlı qüvvələr tərəfindən atəşkəslə bağlı heç bir danışıqlar və ya təklif olmayıb. Xatırladaq ki, bir müddət əvvəl İsrailin "Ynet" xəbər agentliyi İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla söhbətində İslam Respublikasının yeni Ali Lideri Müctəba Xameneinin danışıqlar aparmaq üçün razılığını çatdırdığını bildirmişdi. İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa İslam Respublikasının yeni ali lideri Müctəba Xameneinin Vaşinqtonla danışıqların aparılmasını təsdiqlədiyi barədə məlumat verib. Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Ynet" nəşri məlumatlı mənbəyə istinadən iddia irəli sürüb. Bildirilib ki, Əraqçı ABŞ tərəfinə İranın irəli sürdüyü tələblərə əməl edilməklə bu prosesin ən qısa zamanda yekunlaşdırılmasında maraqlı olduğunu çatdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər