Dünya

ABŞ-də kibertəhdidlər və süni intellektlə mübarizə üçün yeni idarə yaradıldı

24 Mar 2026, 15:36 2 baxış
ABŞ-də kibertəhdidlər və süni intellektlə mübarizə üçün yeni idarə yaradıldı
ABŞ Dövlət Departamenti süni intellekt (AI) və digər inkişaf etməkdə olan texnologiyaların yaratdığı kibertəhdidləri aradan qaldırmaq üçün yeni bir bölmə yaradıb. Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" mənbələrə istinadən məlumat yayıb. Xəbərə görə, yeni yaradılan İnkişaf Etməkdə olan Təhdidlər İdarəsi beş şöbədən ibarətdir: kibertəhlükəsizlik, kritik infrastruktur, qabaqcıl texnologiyalar, kosmik təhlükəsizlik və inkişaf etməkdə olan təhdidlərin qiymətləndirilməsi. Qeyd olunur ki, büronun mübarizə aparmağı planlaşdırdığı başlıca rəqiblər siyahısında İran, Rusiya, Çin və Şimali Koreya yer alır. Bununla yanaşı, ABŞ üçün təhlükə mənbəyi hesab olunan qeyri-dövlət subyektləri də bu sıraya daxil edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər