Dünya
CENTCOM: İranın 9000-dən çox hədəfinə zərbələr endirilib - FOTO
ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyatın başlanğıcından bəri 9 000-dən çox hədəfə zərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" hesabında dərc edilib. "9 000-dən çox hədəfə zərbə endirilib. 9 000-dən çox döyüş uçuşu həyata keçirilib", - deyə məlumatda qeyd olunub. Bir müddət əvvəl CENTCOM-un komandanı Bred Kuper bildirib ki, ABŞ onlarla gəmi də daxil olmaqla, İrandakı 8 000-dən çox hərbi hədəfə zərbə endirib.
{{gallery}} Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Mənbə
oxu.az