Dünya

İsrailin Beyruta zərbəsi: İki nəfər ölüb, beş nəfər yaralanıb - VİDEO

24 Mar 2026, 11:08 2 baxış
İsrailin Beyruta zərbəsi: İki nəfər ölüb, beş nəfər yaralanıb - VİDEO
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Livanın paytaxtı Beyruta endirdiyi zərbələr nəticəsində ən azı iki nəfər ölüb, beş nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. "İsrail düşməninin Aley rayonunun Bşamun şəhərinə basqını nəticəsində ilkin olaraq iki nəfər şəhid olub, beş nəfər isə yaralanıb", - deyə nazirliyin açıqlamasında qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər