Dünya
İranın İsrailə raket zərbələri: Ölkənin şimalında həyəcan siqnalları eşidilir - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) bu gün İrandan yəhudi dövlətinə yönələn raket buraxılışı ilə bağlı üçüncü dəfə xəbərdarlıq edib. Oxu.Az xəbər verir ki, bu barədə SAXAL "Telegram" kanalında məlumat verib. Bildirilib ki, İsrail ordusu raketləri zərərsizləşdirməyə davam edir. Yerli medianın məlumatına görə, bu dəfə ölkənin şimal hissəsində siren səsləri eşidilib. Bundan əvvəl İsrail hakimiyyəti Livanla sərhəd ərazilərdə mümkün pilotsuz təyyarə hücumu barədə xəbərdarlıq etmişdi. Bundan başqa İranın dövlət televiziyası da İslam Respublikasının İsrail ərazisinə raket atdığı haqqında məlumat verib. Bildirilib ki, aviahücumlar yəhudi dövlətinin mərkəzinə doğru yönəlib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Mənbə
oxu.az