Dünya
Netanyahu Trampla İranı müzakirə edib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını və onunla İranla mümkün sazişi müzakirə etdiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb. "Tramp hesab edir ki, strateji maraqlarımızı qoruyacaq saziş çərçivəsində hərbi hədəfləri möhkəmləndirmək üçün İsrail Müdafiə Ordusunun və ABŞ Silahlı Qüvvələrinin mühüm nailiyyətlərindən istifadə etmək şansı var", - deyə Netanyahu vurğulayıb. Baş nazir əlavə edib ki, bu ərəfədə İsrail hərbçiləri İran və Livana zərbələr endirməyə davam edəcəklər. Onun sözlərinə görə, bir neçə gün əvvəl onlar İranın nüvə proqramı ilə məşğul olan iki alimi zərərsizləşdiriblər.
Mənbə
oxu.az