Dünya
KİV: Kolumbiyada göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğrayıb
Kolumbiyanın Putumayo əyalətində göyərtəsində 100-dən çox hərbçinin olduğu "Hercules C-130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Oxu.Az "Caracol" radiosuna istinadən verdiyi məlumata görə, hadisə təyyarə Puerto-Legisamo bələdiyyəsindəki bazadan havaya qalxarkən baş verib. Kolumbiyanın müdafiə naziri Pedro Sançes qeyd edib ki, hazırda hadisə yerində hərbi xilasetmə qrupları və ekspertlər işləyirlər: "Hələlik ölənlərin dəqiq sayı və qəzanın səbəbləri barədə rəsmi məlumat vermək mümkün deyil".
Mənbə
oxu.az