Dünya
Tramp İranla danışıqların yeni raundunun anonsunu verdi
"Vaşinqtonun İranla danışıqları ciddi olub, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner (Donald Trampın kürəkəni - red.) iştirak ediblər". Oxu.Az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. O əlavə edib ki, ABŞ İranın yüksəkvəzifəli lideri ilə ilə danışıb və danışıqların yeni raundu bu gün telefon vasitəsilə həyata keçiriləcək. Tramp, həmçinin bildirib ki, ABŞ İrandan nüvə materiallarının çıxarılmasına da nail olmağa çalışır. O vurğulayıb ki, İranla böyük təmas və razılıq nöqtələri var və artıq münaqişəni bitirmək şansı mövcuddur. Öz növbəsində, "Sky News" xəbər verir ki, Trampın sözlərinə görə, İran sülh tənzimlənməsi haqqında saziş bağlamağı çox istəyir.
Mənbə
oxu.az