Digər

Arakçı Lavrovla danışdı: Münaqişənin Xəzərə yayılması...

23 Mar 2026, 17:28 2 baxış
Arakçı Lavrovla danışdı: Münaqişənin Xəzərə yayılması...

İranın xarici işlər naziri Abbas Arakçı rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.


Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


“Danışıq Tehranın təşəbbüsü ilə baş tutub. Lavrov düşmənçiliklərin dərhal dayandırılmasına və bütün tərəflərin, xüsusən də İranın qanuni maraqlarını nəzərə alan siyasi həll yoluna çağırıb”, - məlumatda bildirilib.


Bundan başqa, münaqişənin Xəzər dənizinə təhlükəli şəkildə yayılması ilə bağlı qarşılıqlı narahatlıq ifadə edilib.


Qeyd edək ki, Arakçı daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıb.

Mənbə axar.az

Oxşar Xəbərlər