Digər

İran ABŞ bazalarını və İsrail hərbi obyektlərini vurdu

23 Mar 2026, 17:35 2 baxış
İran ABŞ bazalarını və İsrail hərbi obyektlərini vurdu

İran "Gerçək vəd 4" əməliyyatının 76-cı mərhələsinin gedişatında ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Əd-Dəfra", İraqdakı "Viktoriya" bazalarına zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.


"Bundan başqa, ABŞ-ın 5-ci donanmasının bazası və ABŞ Hərbi Hava Qüvvələrinin "Şahzadə Sultan" bazası pilotsuz uçuş aparatları və raketlər zərbələrinə məruz qalıb", - SEPAH bəyan edib.


Qeyd olunub ki, bu mərhələnin gedişatında Aşkelon, Təl-Əviv, Hayfa, Quş-Dan və Əsqalan aqlomerasiyalarında İsrailin hərbi infrastrukturuna da zərbələr endirilib.


Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər