Dünya

Ermənistan Avropaya növbəti dəfə əl açdı

23 Mar 2026, 15:19 2 baxış
Ermənistan Avropaya növbəti dəfə əl açdı
Ermənistan Avropa Sülh Fondundan üçüncü maliyyə yardımı paketi üçün Avropa İttifaqına müraciət edib. Oxu.Az xəbər verir ki, bunu Ermənistanında xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr üzrə daimi komitəsində müzakirələr zamanı açıqlayıb. "Ermənistan Avropa Sülh Fondu çərçivəsində ikinci paketi aldı və biz üçüncüsü üçün müraciət etdik. İkinci ayrılan yardım 20 milyon avro idi", - deyə o bildirib. Xatırladaq ki, 2024-cü il iyulun 23-də Aİ Avropa Sülh Fondundan Ermənistana ilk 10 milyon avronun ayrılmasını təsdiqləyib. Bu ilin yanvarında isə Ermənistana 20 milyon avronun ayrılması barədə qərar verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər