Digər

Albaniyada hökumət binasına hücum edildi - Video

23 Mar 2026, 15:11 2 baxış
Albaniyada hökumət binasına hücum edildi - Video

Martın 22-si axşam Albaniyanın Tirana şəhərində etiraz aksiyası keçirilib. Nümayişçilər hökumət binasının qarşısına toplaşaraq baş nazirin istefasını tələb edib, binaya "Molotov kokteyli", fişənglərlə hücum ediblər.


Axar.az xəbər verir ki, bu barədə "Wiadomosci.onet" portalı məlumat yayıb.


Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiyaçılar arasında qarşıdurma da yaşanıb. Polis nümayişçiləri baş nazirin ofisinin girişindən uzaqlaşdırmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməyə başlayıb.


Toqquşmalarda bir nəfərin yaralandığı bildirilir. Etirazlar zamanı avtomobillər yandırılıb.


Məlumata görə, aksiyada müxalifət lideri Sali Berişa da iştirak edib.


Qeyd edək ki, bu, ölkəni erkən seçkilərə aparacaq keçid hökumətinin qurulmasını tələb edən müxalifət tərəfdarlarının artıq altıncı etiraz aksiyasıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər