Dünya

Havayda GÜCLÜ DAŞQIN: 230-dan çox insan xilas edilib - VİDEO

23 Mar 2026, 13:26 2 baxış
Havayda GÜCLÜ DAŞQIN: 230-dan çox insan xilas edilib - VİDEO
ABŞ-nin Havay ştatında təcili yardım xidmətləri daşqın keçən ərazilərdən 230-dan çox insanı xilas edib. Oxu.Az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat verib. Qubernator Coş Qrinin sözlərinə görə, daşqınlar səbəbindən ölən və ya itkin düşən yoxdur. Qeyd edək ki, hakimiyyət orqanları əvvəllər Honoluludan şimalda yaşayan təxminən 5500 insanın təxliyəsi barədə göstəriş verib. Yerli hakimiyyət orqanları 120 illik bəndin dağılacağından narahatdırlar. İlkin hesablamalara görə daşqının ümumi ziyanı 1 milyard dolları keçə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər