Dünya

Kim Çen In yenidən KXDR Dövlət İşləri Şurasının sədri seçildi

23 Mar 2026, 12:20 2 baxış
Kim Çen In yenidən KXDR Dövlət İşləri Şurasının sədri seçildi
Kim Çen In Dövlət İşləri Şurasının sədri vəzifəsinə yenidən seçilib. Oxu.Az-ın məlumatına görə, bu barədə KCNA məlumat verib. Bu, Kim Çen Inın 2016-cı ildə yaradılan və ölkənin ən yüksək siyasi rəhbər orqanı olan Dövlət İşləri Şurasının Sədri vəzifəsinə ardıcıl üçüncü təyinatıdır. Xatırladaq ki, Kim Çen In 2011-ci ildən KXDR-ə, 2016-cı ildən isə Dövlət İşləri Şurasına rəhbərlik edir. 2019-cu ildə ölkə Konstitusiyasına dəyişikliklər edilərək, o, dövlət başçısı və Koreya Xalq Ordusunun Ali Baş Komandanı təyin edilib. Əvvəllər Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri rəsmi olaraq dövlət başçısı hesab olunurdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər