Digər

ABŞ İrana məxsus bu adanı ələ keçirəcək - KİV

23 Mar 2026, 11:21 2 baxış
ABŞ İrana məxsus bu adanı ələ keçirəcək - KİV

ABŞ praktik olaraq İranın Xark adasını ələ keçirmək qərarına gəlib.


Axar.az xəbər verir ki, bu barədə İsrailin "Yerusəlim Post" qəzeti mənbələrə istinadən məlumat verib.


"Vəziyyətlə tanış olan iki mənbə nəşrə bildirib ki, ABŞ-ın yüksək vəzifəli rəsmiləri son günlərdə İsrail və digər yerlərdəki həmkarlarına ABŞ-ın İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına başlamaqdan başqa çarəsi qalmadığı barədə məlumat veriblər", - məqalədə bildirilib.


Məlumata görə, ABŞ əməliyyatda iştirak etmək üçün elit dəniz piyadaları və əlavə qüvvələr də daxil olmaqla 4500 nəfərlik ümumi qüvvə göndərib.

Mənbə axar.az

Oxşar Xəbərlər