Dünya

Nyu-Yorkda təyyarə yanğınsöndürən maşınla toqquşdu: Dörd nəfər yaralandı - VİDEO - FOTO

23 Mar 2026, 10:07 2 baxış
Nyu-Yorkda təyyarə yanğınsöndürən maşınla toqquşdu: Dörd nəfər yaralandı - VİDEO - FOTO
Nyu-Yorkun "LaGuardia" hava limanında "Air Canada Express" təyyarəsi yerüstü nəqliyyat vasitəsi ilə toqquşub. Oxu.Az xəbər verir ki, bu barədə "Flightradar" "X"də məlumat verib. "Nyu-Yorkun "LaGuardia" hava limanı (LGA) "Air Canada Express" "CRJ-900" təyyarəsinin yerüstü nəqliyyat vasitəsi ilə toqquşmasından sonra bağlanıb", - deyə məlumatda bildirilir. "New York Post" qəzetinin məlumatına görə isə təyyarə yanğınsöndürmə maşını ilə toqquşub. Avtomobildə olan dörd yanğınsöndürən ağır xəsarət alıb. Təyyarədə təxminən 100 sərnişin olub və onların vəziyyəti qiymətləndirilir.

Nyu-Yorkda təyyarə yanğınsöndürən maşınla toqquşdu: Dörd nəfər yaralandı - VİDEO - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər