Digər
ABŞ-da təyyarə enərkən maşına çırpıldı: yaralılar var
Nyu Yorkun “LaQuardia” hava limanında “Air Kanada Ekspress” təyyarəsi qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, təyyarə eniş edərkən yanğınsöndürən maşına çırpılıb. Hadisə nəticəsində maşında olan 5 yanğınsöndürən ağır xəsarətlər alıb.
Eyni zamanda, təyyarədə olan 100 sərnişin arasında xəsarət alanların olduğu da vurğulanıb.
Hadisə ilə bağlı hava limanı müvəqqəti olaraq bağlanıb.
Mənbə
axar.az