Dünya

İsrail təyyarələrdə sərnişin sayını azaldacaq

23 Mar 2026, 03:48 2 baxış
İsrail təyyarələrdə sərnişin sayını azaldacaq
İsrailin nəqliyyat naziri Miri Regev Ben-Qurion hava limanında reyslərlə bağlı məhdudiyyətlərin sərtləşdirilməsi barədə göstəriş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb. Məlumata görə, martın 23-dən etibarən yola düşən reyslərdə sərnişin sayı 120-dən 50-yə endiriləcək. Bundan əlavə, həm gələn, həm də gedən reyslərin sayı da məhdudlaşdırılacaq. Belə ki, hər iki istiqamətdə saatda iki reys əvəzinə yalnız bir reysə icazə veriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər