Cəmiyyət
Novruz bayramı dünyadakı azərbaycanlıları mənəvi baxımdan birləşdirən ortaq dəyərlər sistemidir - MÜSAHİBƏ
Dünyadakı azərbaycanlıları birləşdirən və ortaq dəyərləri yaşadan Novruz bayramı yalnız bayram süfrəsi və mərasimlərdən ibarət deyil. Bayramın hər bir elementi ənənələrin qorunması və gələcək nəsillərə çatdırılması üçün xüsusi önəm daşıyır. Novruz mərasimlərinin bölgələr üzrə fərqlilikləri, qədim ritualları və müasir dövrdə yaşadığı dəyişikliklərlə bağlı dosent, etnoqraf Bəhmən Əliyevlə söhbətləşdik. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: "Odun üstündən tullanmağın yüngüllük yaradacağına inanırlar" - Bəhmən bəy, Novruz mərasimlərində, xüsusilə Qarabağ və digər bölgələrdə qeyd olunan "çilləkəsmə", od üzərindən tullanma, "Yel dağı" ziyarətləri kimi adətlərin mənəvi və mifik əsasları nələrdir? - Qarabağda "çilləkəsmə" mərasimi çay və bulaq üzərində həyata keçirilərdi. Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında" əsərində su kənarında "çillə kəsmək" ayı təsvir olunub. Novruz bayramı ilin 365 gününü əhatə edən xalq təqvimi sistemidir və dörd fəsli əhatə edir. Bəzən bu bayram coğrafiyada yayılmış dini inanclarla əlaqələndirilir; bəzi yerlərdə cəmi iki fəsil - yay və qış, yaxud musson yağışları olan və olmayan fəsillər mövcuddur. Tarixi mənbələrdə və klassik ədəbiyyat nümunələrində bayram və novruzlardan söhbət gedir. İndi Novruz kimi qəbul etdiyimiz gün sadəcə "bayram", çərşənbələr isə "novruz" və "bala çillə" adlanırmış. Azərbaycanın hər yerində isə odun üstündən tullanmağın yüngüllük yaradacağına inanırlar. Hətta xəstələri qucaqlarında odun üzərindən keçirirdilər ki, ağırlığı odda yansın. "Çevir ocağa, al qucağa" atalar sözündə də bu inanc yaşayıb. Tonqal başına toplananlar növbə ilə alovun üstündən tullanır, ağırlığını oda tökməklə sanki günahlarından arınırlar. Odun qalanması isə yerin isidilməsi mənasını daşıyır, insanlar sanki ocaq qalamaqla yazın gəlişini tezləşdirirlər. Bəzi etnoqrafik ədəbiyyatlarda qeyd olunur ki, ocağın külü əkin yerlərinə tökülürdü.
Gürcüstandakı Bolnisi rayonunun Kəpənəkçi kəndi yaxınlığında "Yel dağı" adlı ziyarətgah var. Müqəddəs sayılan "Yel dağı"na ürəklərində arzu, dilək tutub nəzir-niyaz edir, qurban gətirirlər. Bu, xalqımızın yelin və küləyin yaradıcı gücünə inamının mifik çağlardan qaynaqlandığını göstərir. Yel çərşənbəsində "Yel dağı"na ziyarətə gedilirdi. "Təzə su"dan keçənlər il boyu xəstəlikdən uzaq olurlar" - Bayramın ən qədim formaları və tarixi ənənələrdən nümunələr sadalaya bilərsinizmi? - Azərbaycan xalqının ən qədim mifoloji mətnlərindən birində Tanrının dünyanı sudan yaratmasından danışılır. Dünyanın sudan yaranması haqqında mifik təsəvvür digər qədim xalqlarda da yayılıb. Hətta "Kitabi-Dədə Qorqud"da Qazan xan "su həq didarını görmüş, mən bu su ilə xəbərləşəlim" deyir, bu da suyun müqəddəsliyini və yaşamın mənbəyi olduğunu göstərir. Boz ayda keçirilən dörd doğruçu çərşənbədən birincisi, Əzəl çərşənbədir. Su çərşənbəsi kimi tanınan bu gün xalq arasında "birinci çərşənbə", "gözəl çərşənbə", "sular Novruzu" və "gül çərşənbə" adları ilə də bilinir. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalq inancına görə, su çərşənbəsi günü "təzə su"dan keçənlər ilboyu xəstəlikdən uzaq olurlar.
"Əgər ruhlar görsələr ki..." - İnanca görə, dünyadan köçmüş babalarının ruhları ildə bir dəfə, məhz bu bayramda öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Bu inanc necə yaranıb? - Bəli, inanılır ki, dünyadan köçmüş babalarının ruhları ildə bir dəfə, İlaxır çərşənbədə öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. İnsanlar böyük tonqallar qalayırlar ki, ətraf işığa qərq olsun, gecənin zülməti ərisin, ata-baba ruhları yurdlarını tapa bilsin. Əgər ruhlar görsələr ki, nəsilləri yaşayan evlərdə ocaqlar sönüb, adət-ənənələr unudulub, övladlarına qalan var-dövlət məhv olub, küsüb qayıdacaqlar. Məhz buna görə İlaxır çərşənbə axşamı tonqallar qalayır, şənliklər keçirilir və umu-küsü aradan götürülür.
- Novruz bayramının bu mənəvi birlik və ortaq dəyərlər sistemində oynadığı rol gənc nəsil tərəfindən necə qorunub saxlanıla bilər? - Novruz bayramı dünyadakı azərbaycanlıları mənəvi baxımdan birləşdirən, ortaq dəyərləri paylaşan bir sistemdir. Yaşadığı ölkədən asılı olmayaraq bütün azərbaycanlılar bu mənəvi dəyərləri paylaşırlar. Müasir dünyada sosial-iqtisadi dəyişikliklər baş versə də, milli kimliyimizin və mənəvi dəyərlərimizin qorunması vacibdir. Novruzun hər bir elementinin qorunub-saxlanması, gələcək nəsillərə çatdırılması və ənənəviyə əməl etməklə zənginləşdirilməsi hər kəsin borcudur. - Müasir dövrdə şəhər və kənd Novruzu arasında hansı fərqlər müşahidə olunur və bu fərqliliklərin səbəbləri nələrdir? - Sovet dövründə şəhərlərdə Novruza daha çox qadağalar qoyulurdu və milli yaddaşın bərpasında bu bayram mühüm rol oynayırdı. XX əsrin ikinci yarısında münasibət dəyişsə də, yalnız Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bayram rəsmi qeyd edilməyə başladı. Hər il Novruz yüksək səviyyədə qeyd olunur, rəsmi tədbirlər və bayram şənlikləri keçirilir. Eyni zamanda şəhər və kəndlərdə tonqal qalanması, lopa atılması kimi mərasimlər müəyyən problemlər yaradır, buna görə yanğından təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.

Mənbə
oxu.az