Cəmiyyət
WUF13-ün ilk gününün yekunlarına dair bəyanat səsləndirilib
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk gününün yekunlarına dair yekun bəyanat səsləndirilib. Oxu.Az xəbər verir ki, bəyanat mətnini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev oxuyub. Bəyanatda qeyd olunub ki, mənzil çatışmazlığını iqlim məsələlərindən ayırmaq olmaz. Bildirilib ki, Azərbaycan WUF13 çərçivəsində qazandığı təcrübəni digər tərəfdaş ölkələrlə də bölüşüləcək.
Mənbə
oxu.az