Cəmiyyət

Rafael Tuts: "Yeni Şəhər Gündəliyi əvvəlki kimi aktual olaraq qalır"

17 May 2026, 18:22 1 baxış
Rafael Tuts: "Yeni Şəhər Gündəliyi əvvəlki kimi aktual olaraq qalır"
"Yeni Şəhər Gündəliyi (New Urban Agenda) əvvəlki kimi aktual olaraq qalır". Oxu.Az xəbər verir ki, bu fikirləri "UN-Habitat"ın Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində keçirilən görüşlərin yekun sessiyasında deyib. O bildirib ki, sənədin qəbul edilməsindən on il keçməsinə baxmayaraq hələ də orada qeyd olunan məsələlər aktualdır: "Sənəd dövrümüzün ən aktual problemlərinin həlli üçün ortaq bir çərçivə rolunu oynamaqda davam edir. Eyni zamanda, bugünkü müzakirələr aydın şəkildə göstərdi ki, növbəti onillik icra mərhələsi ilə xarakterizə olunmalıdır. Eyni zamanda bildirildi ki, nəticələrin əldə olunması güclü çoxtəbəqəli idarəetmədən, proqnozlaşdırıla bilən maliyyələşmədən, yerli potensialdan, tərəfdaşlıqlardan və daha yaxşı məlumat sistemlərindən asılıdır. Bu nazirlik səviyyəli iclas ayrıca bir hadisə deyil. O, Bakıdan Nyu-Yorka, Dünya Şəhər Forumundan isə Birləşmiş Ştatlarda keçiriləcək yüksəksəviyyəli iclasa gedən yolun bir hissəsidir".
Rafael Tuts: "Yeni Şəhər Gündəliyi əvvəlki kimi aktual olaraq qalır" Rafael Tuts: "Yeni Şəhər Gündəliyi əvvəlki kimi aktual olaraq qalır"
Mənbə oxu.az

Oxşar Xəbərlər