Digər

ABŞ hava limanlarında xaos yaşanır

22 Mar 2026, 23:21 2 baxış
ABŞ hava limanlarında xaos yaşanır

ABŞ-ın hava limanlarında uzun növbələr yaranıb, reyslər ciddi gecikmələrlə üzləşib.


Axar.az xəbər verir ki, bu barədə Ağ Ev X sosial şəbəkəsində məlumat yayıb.


Bildirilib ki, yaranmış xaos Daxili Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin dayandırılması ilə bağlıdır. ABŞ nəqliyyat naziri Şon Daffi isə ABC-yə müsahibəsində əməkdaşları işə qayıtmağa çağıraraq, buraxdıqları bütün müddət üçün maaş alacaqlarını bildirib.


Onun sözlərinə görə, bəzi hava limanlarında personalın 30-40 faizi işdə olmadığı üçün fəaliyyət faktiki olaraq iflic olub.

Mənbə axar.az

Oxşar Xəbərlər