Digər

Kuba ABŞ-ın hücumuna hazırlaşır

22 Mar 2026, 22:37 2 baxış
Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ordusu ABŞ-ın mümkün hücumuna hazırlaşır, dünyada baş verənlər fonunda belə tədbirlərin olmamasını düşünmək sadəlövhlük olardı.


Axar.az xəbər verir ki, bunu Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio deyib.


"Silahlı qüvvələrimiz hər zaman hazır vəziyyətdədir və hazırda da hərbi təcavüz ehtimalına qarşı hazırlıq görürlər", - deyə nazir müavini bildirib.


O əlavə edib ki, Havana ABŞ ilə problemlərin sülh yolu ilə həllinə ümid edir:


"Bunun baş verməsi üçün heç bir səbəb görmürük və buna heç bir bəraət qazandırmırıq".

Mənbə axar.az

Oxşar Xəbərlər