Digər
Ukraynadan Rusiyaya zərbə: Bu sistemlər məhv edildi!
Ukrayna qüvvələri Rusiyanın Bryansk bölgəsində “Buk” zenit-raket sistemlərini məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert (Madyar) Brovdi Teleqramda bildirib.
Onun sözlərinə görə, bu gün Rusiyanın Bryansk bölgəsində mobil, çoxfunksiyalı, orta mənzilli “Buk-M3” zenit-raket sistemləri ekipajları ilə birlikdə, həmçinin “Buk-M2” buraxılış qurğusu məhv edilib.
Brovdinin sözlərinə görə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş hissəsində S-400 sistemindən “Triumf” radarı sıradan çıxarılıb.
Mənbə
axar.az