Digər

Bağdadda İrana dəstək yürüşü keçirildi

22 Mar 2026, 18:57 2 baxış
Bağdadda İrana dəstək yürüşü keçirildi

İraq paytaxtında onlarla insanın iştirakı ilə İrana dəstək yürüşü keçirilib.


Axar.az-ın “Şəfəq Nyus”a istinadən məlumatına görə, hərəkata yerli qəbilələrdən olan şeyxlər də qatılıb.


İraq bayraqları və İranın öldürülmüş ali lideri Əli Xameneinin portretlərini daşıyan nümayişçilər Bağdadın qərbindəki Hay əl-Əmal rayonunun əsas küçələri boyunca yürüş ediblər.


Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail qüvvələri İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran region ölkələrində, o cümlədən İraqda ABŞ hərbi obyektlərinə cavab zərbələri endirir.

Mənbə axar.az

Oxşar Xəbərlər