Digər
İrandan xəbərdarlıq: Hörmüz tamamilə bağlana bilər!
ABŞ İranın elektrik stansiyalarına hücum edəcəyi təqdirdə İran Hörmüz boğazını tam bağlayacaq.
Axar.az xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının nümayəndəsi bildirib.
"ABŞ-ın İranın elektrik stansiyalarına qarşı təhdidi həyata keçirilərsə, dərhal bu cəza tədbirləri görüləcək: Hörmüz boğazı tamamilə bağlanacaq və zədələnmiş elektrik stansiyaları bərpa olunana qədər açılmayacaq. İsrailin bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları geniş şəkildə zərər görəcək", - deyə o əlavə edib.
Mənbə
axar.az