Digər
İranın azad etdiyi vətəndaşımız Azərbaycandadır – Yaponiya
İran tərəfindən azad edilən Yaponiya vətəndaşı Azərbaycandadır və tezliklə vətəninə qayıda biləcək.
Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi məlumat yayıb.
O vurğulayıb ki, İranda saxlanılan ikinci yaponiyalının azad edilməsi istiqamətində işlər davam etdirilir.
"Biz ikinci vətəndaşımızın tezliklə azad edilməsi üzərində işləyirik", - Moteqi bildirib.
Qeyd edək ki, eskalasiya başlayandan bəri İrandan Azərbaycana 17 Yaponiya vətəndaşı təxliyə edilib.
Mənbə
axar.az