Digər
Tramp hədələdi, İrandan cavab gecikmədi
Əgər İranın yanacaq və enerji infrastrukturu düşmən tərəfindən hədəfə alınarsa, ABŞ və regiondakı rejimə məxsus bütün enerji infrastrukturu, informasiya texnologiyaları sistemləri və suyun duzsuzlaşdırılması obyektləri hədəfə çevriləcək.
Axar.az xəbər verir ki, bu barədə İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahından bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə İranın müxtəlif elektrik stansiyalarına zərbələr endirəcəyi ilə hədələyib.
Mənbə
axar.az