Digər

Rusiya genişmiqyaslı hücuma hazırlaşır: Hədəf bu şəhərdir

22 Mar 2026, 08:00 2 baxış
Rusiya genişmiqyaslı hücuma hazırlaşır: Hədəf bu şəhərdir

Rusiya qüvvələri yeni genişmiqyaslı hücuma hazırlaşır. Düşmən Donetsk vilayətindəki Kostantinovkaya göz dikib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 11-ci Ordu Korpusunun sözçüsü Dmitri Zaporojets məlumat verib.


Onun sözlərinə görə, Rusiya komandanlığı artıq son tarix müəyyən edib:


"Düşmənin may bayramlarından əvvəl Kostantinovkanı ələ keçirməyi qarşısına məqsəd qoyduğu barədə məlumatlar var. Onlar mütləq təzyiqi artıracaqlar".

Mənbə axar.az

Oxşar Xəbərlər