Digər

Tıxanmış ürək damarları üçün - 3 güclü resept

22 Mar 2026, 01:58 2 baxış
Tıxanmış ürək damarları üçün - 3 güclü resept

Ürək damarlarının daralması və ya tıxanması (ateroskleroz) müasir dövrdə ən geniş yayılmış problemlərdən biridir. Bu vəziyyət qanda xolesterinin yüksəlməsi və damar divarlarında yığılması nəticəsində yaranır.


Axar.az Medicina.az-a istinadən xəbər verir ki, təbii bitkilər və məcunlar damar sağlamlığını dəstəkləyə bilər, lakin əsas müalicəni əvəz etmir.


Damar tıxanması niyə yaranır?


- Yüksək xolesterin


- Şəkərli diabet


- Siqaret


- Hərəkətsizlik


- Stress və sinir gərginliyi


1. Sarımsaq + limon məcunu (klassik damar təmizləyici)


Faydaları:


- Xolesterini azaltmağa kömək edir;


- Qanı durulaşdırır;


- Damar elastikliyini artırır.


Hazırlanması:


- 5 diş sarımsaq;


- 2 ədəd limon (qabığı ilə);


- 1 stəkan ilıq su;


Hamısını blenderdən keçir, şüşə qabda saxla.


İstifadə:


Gündə 1 xörək qaşığı, səhər acqarına;


2. Bal + zəncəfil + darçın məcunu


Faydaları:


- Qan dövranını yaxşılaşdırır;


- İltihabı azaldır;


- Damarları qoruyur;


Hazırlanması:


- 2 x.q bal


- 1 ç.q zəncəfil tozu


- Yarım ç.q darçın


Qarışdır və hazırdır. Gündə 1 dəfə yeməkdən sonra istifadə edin.


3. Qoz + bal + kətan toxumu məcunu


Faydaları:


- Omeqa-3 ilə zəngindir;


- “Pis xolesterini” azaldır;


- Ürəyi gücləndirir;


Hazırlanması:


- 5-6 ədəd qoz;


- 1 x.q bal;


- 1 ç.q üyüdülmüş kətan toxumu;


Səhər və ya günorta 1 qaşıq istifadə edin.


Qan durulaşdırıcı dərman qəbul edənlər (məsələn aspirin) bu məcunları həkimlə məsləhətləşmədən istifadə etməməlidirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər