Digər

Səudiyyədən İran diplomatlarına: Ölkəni tərk edin!

22 Mar 2026, 01:25 2 baxış
Səudiyyədən İran diplomatlarına: Ölkəni tərk edin!

Səudiyyə Ərəbistanı Krallığındakı İran səfirliyinin hərbi attaşesi, onun köməkçisi və diplomatik nümayəndəlikdə çalışan digər üç əməkdaşı “arzuolunmaz şəxslər” (persona non-grata) elan olunub və onların 24 saat ərzində ölkə ərazisini tərk etməsi tələb edilib.


Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bəyanat yayıb.


Qeyd olunub ki, bu addım İranın bəzi ərəb və digər islam ölkələrinə qarşı davamlı təcavüzü fonunda atılıb.


Bəyanatda vurğulanır ki, Səudiyyə Ərəbistanı Krallığı bu təcavüzü şiddətlə qınayır və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, öz suverenliyini, sabitliyini, ərazi bütövlüyünü və hava sərhədlərini, vətəndaşlarını, orada yaşayan digər vətəndaşları, öz maraqlarını qorumaq üçün lazımi tədbirləri həyata keçirməkdən çəkinməyəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər