Digər
ABŞ İranla sülh üçün danışıqlara başladı - "Axios"
ABŞ İranla mümkün sülh danışıqlarına hazırlıq mərhələsinin müzakirəsinə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat dərc edib.
Məlumata görə, müharibə daha 2-3 həftə davam edəcək, lakin bu zaman ərəfəsində diplomatik danışıqların formatı da müzakirə olunacaq.
Belə ki, ABŞ-ın İrana bir neçə ölkə vasitəsilə mesajlarını çatdırdığı bildirilir. Bunlar Qətər, Misir və Böyük Britaniyadır.
Nəşr qeyd edir ki, ABŞ-ın sülh üçün tələbləri ağırdır: Hörmüz boğazı açılmalı, İran raket proqramını 5 il müddətinə dondurmalı, uranın zənginləşdirilməsi dayandırılmalı və nüvə obyektlərinin fəaliyyəti dayandırılmalıdır.
Mənbə
axar.az