Digər

İran ABŞ və İsrail təyyarələrinin bazasını vurdu

21 Mar 2026, 22:20 2 baxış
İran ABŞ və İsrail təyyarələrinin bazasını vurdu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ və İsrail təyyarələrinə məxsus obyektlərə qarşı kütləvi zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın HDQ komandanı, kontr-admiral Əlirza Təngsiri X hesabında yazıb.


Onun sözlərinə görə, “Əl-Minəd” və “Əli əl-Səlim” aviabazalarındakı obyektlərə, anqarlara və yanacaq anbarlarına ballistik raketlər və kamikadze dronları ilə hücum edilib.


“Bu bazalar İran adalarına qarşı təcavüzün mənbəyi idi. İranın bütün adalarında uşaqları öldürən təcavüzkarlar üçün qəbirlər hazırlamışıq”, – o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər