Digər

SEPAH İsrail və ABŞ-a qarşı növbəti əməliyyata başladı

21 Mar 2026, 20:34 2 baxış
SEPAH İsrail və ABŞ-a qarşı növbəti əməliyyata başladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-a qarşı "Gerçək vəd- 4" əməliyyatının 72-ci dalğasına başlayıb.


Axar.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.


Yeni əməliyyat zamanı İsrailin şimal və qərb hissələrinə, həmçinin ABŞ ordusunun beşinci dəniz donanmasına doğru "Qədr" və "İmad" raketləri buraxılıb.


Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İran da cavab olaraq İsrail ərazisinə və ABŞ-ın regiondakı bazalarına və infrastruktlarına raketlər buraxıb.

Mənbə axar.az

Oxşar Xəbərlər