Digər

BƏƏ İrandan buraxılan 1748 PUA-nı məhv etdi

21 Mar 2026, 17:57 2 baxış
BƏƏ İrandan buraxılan 1748 PUA-nı məhv etdi

Yaxın Şərqdə eskalasiya başlayandan bəri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İrandan buraxılmış ümumilikdə 341 ballistik, 15 qanadlı raketi və 1748 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.


Axar.az xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin X hesabında paylaşım edilib.


Qeyd olunub ki, təkcə martın 21-də hava hücumundan müdafiə qüvvələri İran tərəfindən istiqamətləndirilmiş 3 ballistik raketi və 8 PUA-nı zərərsizləşdirib.


Qurumun məlumatına görə, 160 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər