Digər

İran İsrailin növbəti F-16 qırıcısını vurdu

21 Mar 2026, 16:22 2 baxış
İran İsrailin növbəti F-16 qırıcısını vurdu

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin sayca üçüncü – F-16 qırıcısını vurduğunu bəyan edib.


Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, qırıcı bu gün səhər saatlarında İran səmasında aviakosmik qüvvələrin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.


"Müharibənin ilk 3 həftəsi ərzində düşmənin pilotsuz uçuş aparatları, qanadlı raketləri, yanacaqdoldurma təyyarələri və ən müasir qırıcıları da daxil olmaqla 200-dən çox uçuş aparatının uğurla ələ keçirilməsi İranın hava hücumundan müdafiəsinin gücləndiyini nümayiş etdirir", - mətbuat xidmətindən bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər