Digər

İran müharibəsi: Tramp ani qərar verə bilər!

21 Mar 2026, 10:00 2 baxış
İran müharibəsi: Tramp ani qərar verə bilər!

İranla müharibə ABŞ Prezidenti Donald Tramp üçün həm ölkə daxilində, həm də xaricdə nüfuzuna zərər verə biləcək çətin bir sınağa çevirilir.


Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” jurnalında məqalə dərc edilib.


Nəşr qeyd edib ki, uzun çəkən müharibə onun Respublikaçılar Partiyasındakı mövqeyini zəifləməsi və xarici siyasətə nəzarətinin azalması ilə nəticələnə bilər.


Məqalədə vurğulanır ki, Tramp seçicilər arasında dəstəyin azalması təhlükəsi ilə də üz-üzədir. Çünki Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda artıq 13 amerikalı hərbçi həlak olub, benzin və dizelin qiymətləri isə artıb. Hətta əvvəllər prezidentə dəstək verən respublikaçılar da İranla müharibənin məqsədəuyğunluğuna dair şübhə etməyə başlayıblar.


Nəşrin bildirdiyinə görə, vəziyyət iqtisadi fonda daha da çətinləşir. Neftin bahalaşması və bazarlarda mümkün geriləmə Trampı ani qərarlar verməyə sövq edə bilər.


Eyni zamanda qarşı tərəf öz addımlarında fəal olaraq qalır. İran qonşu ölkələrin dəniz və enerji obyektlərinə hücumlar edir və Hörmüz boğazı istiqamətində atəş açır. Bu isə neftin qiymətini yüksək saxlayır və dünya iqtisadiyyatına təzyiq göstərir.

Mənbə axar.az

Oxşar Xəbərlər