Digər

İran Hind okeanındakı ABŞ-Britaniya bazasına ballistik raketlər atdı

21 Mar 2026, 10:56 2 baxış
İran Hind okeanındakı ABŞ-Britaniya bazasına ballistik raketlər atdı

İran ölkədən təxminən 3 800 kilometr aralıda yerləşən Hind okeanındakı Dieqo-Qarsiya adasındakı Böyük Britaniya-ABŞ birgə bazasına iki ballistik raket atıb.


Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" nəşri məlumat yayıb.


Nəşri məlumatlandıran mənbələrə görə, raketlər hədəflərinə çata bilməyib.


ABŞ ordusu raketlərdən birini zərərsizləşdirmək üçün "SM-3" raketi buraxıb. Lakin əməliyyatın uğurlu olub-olmadığı məlum deyil.

Mənbə axar.az

Oxşar Xəbərlər