Siyasət
Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç
Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın bir ay ərzində Azərbaycana səfər edəcək.
Axar.az xəbər verir ki, bunu A.Vuçiç ölkənin Təhlükəsizlik Şurasının iclasından sonra Report-un sualını cavablandırarkən deyib.
O bildirib ki, Serbiya Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə davam edəcək:
"Azərbaycanla əməkdaşlıqdan çox məmnunam. Yaxın bir ay ərzində Azərbaycana səfərim gözlənilir. Mən Prezident Əliyevə dostluq və yaxşı razılaşmalar üçün minnətdaram. Əməkdaşlığımızı daha da dərinləşdirəcəyik, sürətləndirəcəyik və genişləndirəcəyik".
Mənbə
axar.az