Dünya

Küveytdə neft emalı zavodunda PUA hücumu nəticəsində yanğın baş verdi - VİDEO

20 Mar 2026, 10:06 2 baxış
Küveytdə neft emalı zavodunda PUA hücumu nəticəsində yanğın baş verdi - VİDEO
Küveytin Əl-Əhmədi limanında yerləşən neft emalı zavodunda PUA zərbələri nəticəsində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Kuna" agentliyi Küveyt Neft Korporasiyasına istinadən məlumat yayıb.

"Bu gün səhər Küveyt Neft Korporasiyasına məxsus Əl-Əhmədi neft emalı zavodu PUA-ların hücumuna məruz qalıb. Nəticədə zavodun bəzi qurğularında yanğın baş verib", - deyə xəbərdə bildirilib. Məlumata görə, hadisə zamanı zərər çəkən olmayıb, yanğınsöndürənlər alovun qarşını almağa çalışırlar. Bundan əlavə, zavodun bir hissəsinin fəaliyyəti dayandırılıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər