Dünya
İran ABŞ-nin BƏƏ-də yerləşən bazasını vurdu
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) BƏƏ-də ABŞ-nin "Əd-Dəfra" hərbi bazasına zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası SEPAH-a istinadən məlumat yayıb. "İsrail və ABŞ-yə qarşı aparılan "Həqiqi Vəd-4" əməliyyatının 66-cı mərhələsində Qüds, Hayfa və ABŞ-nin rəhbərlik etdiyi "Əd-Dəfra" bazasındakı hədəflərə uğurla zərbələr endirdik",- deyə məlumatda qeyd olunub. Bildirilir ki, hücumlar zamanı ağır "Qədr", "Emad" və "Xorrəmşəhr" raketlərindən istifadə edilib.
Mənbə
oxu.az