Dünya
Vanuatuda güclü zəlzələ baş verib
Sakit okeanda, Vanuatu Respublikası akvatoriyasında 6.1 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, seysmik hadisənin episentri paytaxt Port-Viladan 173 km cənub-şərqdə, təxminən 35 min əhalinin yaşadığı ərazidə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.
Mənbə
oxu.az