Dünya

Tokio məscidində bayram namazı beş dəfə qılındı

20 Mar 2026, 09:55 2 baxış
Tokio məscidində bayram namazı beş dəfə qılındı
Tokio məscidində izdiham səbəbindən bayram namazı ardıcıl olaraq beş dəfə qılınıb. Oxu.Az xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat verib. Bildirilib ki, Tokio məscidinin imamı Musa Atcı dünyanın müxtəlif yerlərindən gələn müsəlmanların bayram namazına toplaşmasından məmnunluğunu ifadə edib. "Bu gün namazı böyük bir izdihamla qıldıq. Dörd imam müxtəlif vaxtlarda namaz qıldı", - deyə o bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər