Dünya
Cənubi Şetland adaları sahillərində 6,6 bal gücündə zəlzələ baş verib
Cənubi Şetland adaları sahillərində 6.6 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzdən verilən xəbərə görə, zəlzələnin episentri Çilinin Punta Arenas şəhərindən 1 248 km cənub-şərqdə, ocağı isə 5 km dərinlikdə yerləşib. Heç bir itki və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Mənbə
oxu.az