Dünya

ABŞ-də şəhər meri sakinlər qarşısında çıxış edərkən ölüb

20 Mar 2026, 01:26 2 baxış
ABŞ-də şəhər meri sakinlər qarşısında çıxış edərkən ölüb
ABŞ-nin Nampa şəhərinin meri, 47 yaşlı Rik Hoqaboam sakinlər qarşısında çıxış edərkən qəfil vəfat edib. Oxu.Az "NBC News" telekanalına istinadən xəbər verir ki, o, nitq söyləyərkən huşunu itirib. Sakinlər ona dərhal ilkin yardım göstəriblər. Lakin hadisə yerinə gələn həkimlər merin həyatını xilas edə bilməyiblər. Bildirilir ki, R.Hoqaboam bu il yanvarın 5-də and içərək mer vəzifəsinə başlayıb. Hazırda ölümün rəsmi səbəbi açıqlanmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər