Dünya

İranın zərbələri Qətər üçün hər il 20 milyard dollar itki ilə nəticələnəcək

20 Mar 2026, 01:32 2 baxış
İranın zərbələri Qətər üçün hər il 20 milyard dollar itki ilə nəticələnəcək
İran tərəfindən həyata keçirilən zərbələr Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) ixrac gücünün təxminən 17%-nin sıradan çıxmasına səbəb olub. Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyinə "QatarEnergy" şirkətinin baş direktoru və energetika məsələləri üzrə dövlət naziri Səəd bin Şəridə əl-Kaabi məlumat verib. Onun sözlərinə görə, hücumlar nəticəsində LNG istehsalı üzrə 14 xətdən ikisi, həmçinin qazın maye yanacağa çevrilməsi (GTL) üzrə iki obyektdən biri zədələnib. Bərpa işlərinin üç-beş il davam edəcəyi gözlənilir. Bu müddətdə Qətər hər il təxminən 12.8 milyon ton LNG ixracından məhrum olacaq ki, bu da illik təxminən 20 milyard dollar itki deməkdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər